Yenicag.az-ın “Tərəfsiz söhbət” verilişinin növbəti buraxılışının qonaqları Şuşaya ilk ayaq basan tibb işçiləri- həkim Elşən Əliyev və tibb bacısı Nəcibə Fərmanovadır.
Ön cəbhəyə könüllü yollanan hər iki tibb işçisi əsgərlərimizin qəhrəmanlıqlarından bəhs edərək, şahidi olduqları hadisələrdən söz açıblar. N. Fərmanova qeyd edib ki, əsgərlərimizin fədakarlıqlarını sözlə ifadə etmək olmur, hətta ayağını, qolunu itirən yaralılar da ruhdan düşmür, “Canımız vətənə fəda olsun”, – deyirdilər.
E.Əliyev də mövzu ilə bağlı sualları cavablandıraraq bildirib ki, yaralı əsgərlər də yenidən döyüşə qayıtmağı arzu edirdilər: “Bir yaralı hər iki ayağını itirmişdi. Bizim məyus olduğumuzu görəndə dedi ki, bura şəhid olmağa gəlmişdim, amma o uca zirvə mənə nəsib olmadı”.
Verilişin videosunu təqdim edirik:
www.yenicag.az