NASA Aya missiya göndərəcək - TARİX AÇIQLANDI

media-hightechnic-468x90

NASA “Artemis 1” Ay missiyasını avqustun sonu-sentyabrın əvvəlində həyata keçirməyi planlaşdırır.

media-banner_tuq

Bu barədə “Engadget” NASA-nın Tədqiqatların İnkişafı üzrə Proqramın rəhbərinin müavini Cima Friyə istinadən məlumat yayıb.

NASA artıq Aya uçuşla bağlı “Space Launch System” raketini sınaqdan çıxarıb.

“Artemis 1” missiyasının 23 avqust – 6 sentyabr aralığında həyata keçirilməsi nəzərdə tutulur. Pilotsuz “Orion” modulu mümkün uçuşun insan orqanizminə təsirini tədqiq etmək üçün Ay ətrafında dövr edəcək.

“Artemis 2” missiyası çərçivəsində 4 astronavtın 2025-ci ildən sonra Aya göndərilməsi nəzərdə tutulur. /APA/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05