Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Natiq Nəbili seçki marafonuna şəhid analarını ziyarətlə başladı - FOTOLAR

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili seçki yarışına şabranlı şəhid analarını ziyarət edərək, onların xeyir-duasını alaraq başlayıb.

Yenicag.az xəbər verir ki, Natiq Nəbili Şabrandan olan Qarabağ müharibəsi və aprel şəhidlərinin, həmçinin müxtəlif zamanlarda vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət edib.

Şabranın müxtəlif kəndlərindən olan şəhid ailələrini evlərində ziyarət edən Natiq Nəbili 20 Yanvar gününün önəminə diqqət çəkərək şəhidlərin bir olduğunu və bu anlayışın özündə zaman-məkan barındırmadığını vurğulayıb:

“Bu gün 20 Yanvar hadisələrinin il dönümüdür. Buna görə də qərara gəldik ki, Şabrandan olan şəhid ailələrini ziyarət edək. Şəhidlik elə bir zirvədir ki, hər kəsə o zirvəyə qalxmaq nəsib olmur. Bu vətən üçün canlarından keçənlərin anaları bizim anamız, övladları da öz övladlarımızıdır. İstədik ki, gəlib sizlərin də qapısını döyək, xeyir-dualarınızı alaq”.

Şəhid ailələri Natiq Nəbilinin bu ziyarətinin onlar üçün xoş olduğunu qeyd edib, özlərini yada saldığı üçün təşəkkürlərini bildiriblər.

Şəhid ailələrini hər zaman diqqətdə saxlamağın vacibliyini vurğulayan Natiq Nəbili bunu özü üçün mənəvi borc hesab etdiyini bildirib:”Biz həmişə şəhid ailələrinə qayğı göstərməliyik. Rəhbərlik etdiyim müəssisənin də başlıca prioritetlərindən biri həmişə bu olub. İndi Şabrandayıq. Şabran şəhidlərinin ailələri bizim ailəmizdir. Bundan öncə olduğu kimi bundan sonra da şəhid və qazi ailələrinin yanında olacağıq”.

Fotoları təqdim edirik:

www.yenicag.az

5503
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM