Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“NATO daxilində Türkiyədən əvvəl Yunanıstan Rusiyadan S-300 kompleksləri alıb” - Hərbi ekspertdən ETİRAZ

Reklam: High Technic

“ABŞ bu məsələyə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə, böyük səhvə yol verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Türkiyəyə tətbiq etdiyi “S-400” sanksiyasının mümkün təsirlərini dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyevin sözlərinə görə, Türkiyənin bu ədalətsiz qərara cavabı kifayət qədər adekvat və effektli olacaq:

“Rəsmi Ankara hava hücumundan müdafiə sistemlərini əldə etmək üçün NATO-ya, o cümlədən də, ABŞ-a dəfələrlə müraciət etsə də, bundan imtina olunub. Türkiyə o sisteləri əldə etməyə çalışarkən, öz ərazisində həmin sistemlərin birgə istehsalını nəzərdə tutan müqavilənin imzalanmasını istəyirdi. ABŞ isə bu təklifə razılıq vermədi.

Türkiyənin hava hücumundan müdafiə sisteminin qurulması NATO-nun digər üzvü olan Hollandiyaya həvalə edilsə də, adıçəkilən ölkə öz üzərinə düşən vəzifələri icra etmədiyi üçün Türkiyənin hava məkanının müdafiəsinə təhdidlər yarandı. Türkiyə yaranan təhdidləri aradan qaldırmaq üçün Rusiyadan müasir S-400 raket kompleklərini aldı”.

Hərbi ekspert qeyd edib ki, Türkiyə Rusiyadan hava hücumundan müdafiə sistemi alan ilk və tək NATO ölkəsi deyil:

“NATO ölkələri arasında Türkiyədən əvvəl Yunanıstan pulunu ödəyərək Rusiyadan S-300 kompleksləri alaraq, onları Cənubi Kipr istiqamətində yerləşdirib. Maraqlıdır ki, Yunanıstanın bu addımı nə ABŞ, nə də NATO-nun başqa üzvləri tərəfindən neqativ reaksiya ilə qarışlanmadı.

Türkiyə NATO ikinci ən böyük gücü olaraq, potensialı, o cümlədən, Yaxın Şərqdə cərəyan edən proseslərə təsir imkanları baxımından, alyans və ABŞ üçün çox vacib tərəfdaşdır. Eyni zamanda, Türkiyə İran və NATO-nun rəqibi olan KTMT ilə ümumi sərhədlərə malikdir. ABŞ bu məsələyə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə, böyük səhvə yol verir. Təbii ki, bu sanksiyalar Türkiyəyə ciddi təsir etməyəcək.

Azərbaycan iqtidarı və müxalifəti, ümumiyyətlə, ölkə ictimaiyyəti Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları pisləyir, bunu son dərəcə ədalətsiz qərar, ikili standartların yeni təzahürü sayır. Bu, obyektiv və qətiyyətli mövqedir”.

Səxavət Məmməd

www.yenicag.az

274