!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ekspertləri Milli Müdafiə Universitetində oldular

!Reklam – Yazi

NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP) çərçivəsində Azərbaycan üzrə koordinatorlar və NATO-nun müxtəlif təhsil ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə müxtəlif brifinqlər təqdim olunub.

NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti il üçün fəaliyyət planının istiqamətləri müəyyənləşdirilib.

İşçi görüşləri dekabrın 16-dək davam edəcək.

COP29

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv