NATO Gürcüstanda təlim bazası yaradır
NATO Gürcüstanda təlim bazası, hərbi məktəb və logistika mərkəzi açacaq.
Bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.
“Yeni əməkdaşlıq paketində nəzərdə tutulub ki, Gürcüstanda müxtəlif ölkələrin nümayəndələrinin hazırlıq keçəcəyi yeni hərbi məktəb, təlim bazası və həmçinin qonaq hərbçilərin qəbuluna və yola salınmasına görə cavabdehlik daşıyacaq logistika mərkəzi tikilsin”, – deyə İ.Alasaniya qeyd edib.
Nazir əlavə edib ki, yeni əməkdaşlıq paketinə daxil olan layihələrin Gürcüstanda necə icra olunduğuna nəzarət məqsədilə NATO-nun xüsusi qrupu yaradılacaq. Onun sözlərinə görə, Gürcüstan da öz növbəsində təlim bazasının təşkilinə dair öz təkliflərini irəli sürüb.