!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Naxçıvan” adından sui-istifadə edirlər - Komitədən açıqlama

!Reklam – Yazi

“Naxçıvan” markasından istifadə edən şirkətlərlə bağlı hüquqi ölçü götürüləcək.

Yeniçağ.az Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlinir:

Bu, ciddi təəssüf doğurmaqla yerli istehsalçıların narahatlığına və istehlakçıların yanıldılmasına səbəb olur. Belə ki, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 8a ünvanında yerləşən “Al-Sana” MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu Xırdalan şəhəri akademik Həsən Əliyev küçəsi, 38 ünvanında yerləşən “Zəhmət-Ruzi” MMC-nin istehsal etdiyi “SAB” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən ünvanımıza müraciət daxil olub.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.

Məsələ ilə bağlı tərəfimizdən daxili bazarda aparılan araşdırmalar zamanı müəyyən olunub ki, həqiqətən də “Al-Sana” və “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Muxtar Respublika ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb. Bu qanunazidd əməl ilk növbədə məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsul istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin, eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarlarımız uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirtməkdədirlər.

İstehlakçıların və sahibkarların nəzərinə çatdırılır ki, bu məhsullar kontrafakt məhsullar sayılır və belə məhsullara rast gəldikdə, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.
Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb”.

Yeniçağ.az

 

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv