!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərin qarşılanma mərasimi olub

!Adviad

Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız – Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib. Sonra şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

www.yenicag.az

429
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100