Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvan Qarnizonunda təlim keçirildi - FOTO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” mövzusunda birgə taktiki təlim məşqi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, təlim məşqinin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq qeyri-qanuni şəkildə Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd ediblər. Dövlət sərhədinin pozulması halı aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar olunub. Sərhəd naryadından daxil olmuş siqnala əsasən şəxsi heyət “Silaha” komandası ilə qalxır, “Həyəcan qrupu” sərhəd naryadları hadisə baş vermiş əraziyə hərəkət edib.

Axtarış rayonunda dövlət sərhədinin pozulduğu istiqamətdə sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi bağlanıb.

Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının axtarış qrupları ilə əməliyyat rayonunda sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri keçirilib.

Aparılmış uğurlu axtarış əməliyyatları nəticəsində dronların müşahidəsi ilə aşkar olunmuş sərhəd pozucuları müxtəlif istiqamətlərdə mühasirəyə alınaraq yaxalanıb.

Yaxalanmış sərhəd pozucuları aidiyyəti orqanlara təhvil verildikdən sonra sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, yerli hüquq-mühafizə və icra orqanlarının, həmin ərazidə yaşayan vətəndaşların birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Loading...

www.yenicag.az

197
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100