Naxçıvan televiziyası peyk yayımına başladı - FOTO

media-hightechnic-468x90

Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı – “MEDİAFEST-2025”keçirilir. Konfrans çərçivəsində Naxçıvan televiziyası Azerspace-1″ peykində (11135 Horizontal  30000) yayıma başlayıb.

Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov,
Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına  yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600