İranda 17 tələbə qazdan zəhərlənib
İranın İlam vilayətində yerləşən İlam Universitetinin “Andişə” yataqxanasında baş verən qaz sızması nəticəsində 17 tələbə zəhərlənib.
IRNA agentliyinin verdiyi məlumata görə, bu barədə İlam Təcili Yardım və Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəhbəri Həmid Səfərpur məlumat verib.
Onun sözlərinə görə, zəhərlənən tələbələrdən 12 nəfəri ambulator müalicə alıb, digər 5 nəfər isə əlavə tibbi müayinə və müşahidə məqsədilə İlamdakı Razi xəstəxanasına yerləşdirilib.
Hadisənin yataqxananın qazanxanasında qaz məşəlinin sönməsi və qazın soyutma sistemi vasitəsilə otaqlara sızması nəticəsində baş verdiyi müəyyən edilib.
O əlavə edib ki, hadisədən dərhal sonra universitetin texniki heyəti qazanxananın təmirini həyata keçirib və hazırda heç bir təhlükə yoxdur./oxu.az/