“Azdrama”da mübahisə: Əməkdar artist CƏZALANDIRILDI

media-hightechnic-468x90

Əməkdar artist Füzuli Hüseynov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bədii Şuranın üzvülüyündən azad edilib.

Yenicag.az xəbər verir ki, bu haqda “teleqraf.az”a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

“Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və töhmət alıb. Səbəb kimi Bədii Şuranın iclasında tərəflər arasında baş vermiş mübahisə göstərilib. Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün belə bir addım atılıb”, – deyə C.Zeynallı deyib.

Qeyd edək ki, bir müddət əvvəl Bədii Şuranın iclası zamanı Xalq artisti Əli Nur başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Mübahisə yaranıb və Əli Nurun iddiasına görə Füzuli Hüseynov onun üstünə hücuma keçərək yumruq atıb. Hadisə zamanı Xalq artisti Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov onları aralayıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600