Naxçıvanda bağça müdiri vəzifəsinə işə qəbul müsahibəsi aparıldı

media-hightechnic-468x90

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən test imtahanında uğur qazanan 8 namizəd iştirak edib.

Müsahibədə ekspert qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları ilə yanaşı Azərbaycan Respublikası Təhsil İnstitutunun mütəxəssisi də onlayn qaydada namizədlərin qiymətləndirilməsində iştirak edib.

Qeyd edək ki, bu mərhələdə namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq müvafiq meyarlar üzrə qiymətləndirilib. Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600