Naxçıvanda çörək sexində yanğın oldu - FOTO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz şəhərində çörək istehsalı müəssisəsində yanğın olması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nəticədə ümumi sahəsi 180 m² olan müəssisənin içərisindəki 24 m²-lik otağın tavan hissəsi yanıb, digər hissələr mühafizə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600