Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

media-hightechnic-468x90

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcək.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri səlahiyyətləri sırasına Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat vermək daxil edilir.

Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa