!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda ümumi daxili məhsulun həcmi artdı

!Reklam – Yazi

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 1,2 faiz artaraq, 2 milyard 422 milyon manata yaxın olub.

Yenicag.az xəbər verir ki, bu fikirləri beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında məruzə ilə çıxış edən muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov deyib.

V.Talıbov qeyd edib ki, onun bir nəfərə düşən həcmi 5 min 330 manat təşkil edib: “Bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 2 faiz çoxdur. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşüb ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir”.

Ali Məclis sədri qeyd edib ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər də muxtar respublikanın istehsal potensialının güclənməsinə, iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olub.

Daha əvvəl xəbər verilib ki, muxtar respublikada 2018-ci ilin yanvar-avqust aylarında 1 milyard 757 milyon 595 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub./Report/

www.yenicag.az

14298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv