Naxçıvanda uşaq oğruları peyda oldu? - DİN-dən AÇIQLAMA - FOTOLAR

media-hightechnic-468x90

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

media-banner_tuq

Qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə “WhatsApp” hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır”, – nazirlikdən qeyd olunub.

Xatırladaq ki, “WhatsApp” proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05