!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikası sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

Yenicag.az xəbər verir ki, fevralın 1-dən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.

Sərhədi yalnız Naxçıvan MR-da qeydiyyatı olan şəxslər avtomobilləri ilə keçə bilərlər.

Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası başlayan zaman Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlandı. Sadəcə Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.

Ötən il iyulun 1-dən etibarən isə Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid tam olaraq dayandırılmışdı

www.yenicag.az

1952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv