Naxçıvan Muxtar Respublikası sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.
Yenicag.az xəbər verir ki, fevralın 1-dən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.
Sərhədi yalnız Naxçıvan MR-da qeydiyyatı olan şəxslər avtomobilləri ilə keçə bilərlər.
Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası başlayan zaman Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlandı. Sadəcə Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.
Ötən il iyulun 1-dən etibarən isə Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid tam olaraq dayandırılmışdı