Nazənin "qara siyahı"sını açıqladı: “O üç nəfəri həyatımdan silmişəm”

media-hightechnic-468x90

“Silahı özümüz ona veririk ki, ‘kürəyimdən vururdun, indi gəl, sinəmdən vur’”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva “Qonaqcanlı” verilişində deyib.

Sənətçi həyatından birdəfəlik çıxardığı insanlardan danışarkən kəskin fikirlər səsləndirib:

“İnciyib küsdüyüm adam olarsa, özüm gedib barışaram. Amma sildiyim insanları həyatım boyu yaxınıma buraxmaram. Onlar üç nəfərdir, nankor çıxdıqları üçün onları silmişəm. Nə onları həyatıma buraxaram, nə də onlar üçün çalışaram. Çünki onlara görə əsəbimi itirmək istəmirəm. Bir neçə dəfə yaxın da gəliblər, amma qəbul etməmişəm. Aralarında sənət insanları da var.

Bir addım yaxın gələnə on addım gedirəm. Amma elə şeylər var ki, onları bağışlamaq olmaz. Bir dəfə bağışladım, iki dəfə bağışladım, yenə də eyni səhvi edəcək. Ona görə də xəyanətkar insanları bağışlamaq olmaz. Şansı biz özümüz onlara veririk. Silahı özümüz ona veririk ki, ‘kürəyimdən vururdun, indi gəl, sinəmdən vur’. Bunları özüm yaşamışam”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa