Nazir 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqladı

media-hightechnic-468x90

“Təbii ki, ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır: “Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, o zaman şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir”.

O qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər: “Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05