Nazir açıqladı: Ənənəvi dərslər bərpa edilir

“Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq. Qaydalar universitet rəsmiləri ilə müxakirə edilib, yaxın günlərdə təqdim ediləcək.

Nazir onu da bildirib ki, gündəlik yoluxma sayının artımı ənənəvi tədrisin bir və iki həftəlik gecikmə ilə başlamasına səbəb olub.

Gülşən Şərif