!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir nöqsanların aşkarlandığı idarəyə yeni rəis müavini təyin etdi

!Reklam – Yazi

Bir müddət öncə pozuntulara görə vəzifəli şəxslərinin əksəriyyəti sərəncama götürülən Suraxanı Rayon Polis İdarəsində (RPİ) kadr təyinatı həyata keçirilib.

Yenicag.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.

Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.

Qeyd edək ki, bir neçə ay öncə Suraxanı rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra 30-dan çox yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv