Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazir sakinləri incidən məmuru işdən çıxardı

ramin quluzade45Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir vəzifəli şəxsi işdən azad edilib.

Nazirlikdən verilən məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Xankişi Kişiyev işdən azad edilib.

Nazirlikdən X. Kişiyevin yerinə hələlik təyinat olmadığını bildirdilər.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) öz fəaliyyətinə 1997-ci ildən başlayıb. BTRİB Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, videotelefon, internet və radio səsgücləndirici xidmətləri göstərir.

RYTN-də iki gün əvvəl də kadr islahatı həyata keçirilib. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Sabirabad rayon poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı Salamulla Sultanov vəzifəsindən azad edilib. Əməliyyatçının işdən azad olunmasına səbəb vətəndaşlara poçt vasitəsilə ödənilməli olan pulun qanunsuz olaraq gecikdirilməsi olub.

Hadisə nazirin Sabirabad rayonuna səfəri zamanı baş verib. Ramin Quluzadənin tapşırığı ilə vətəndaşlara olan ödənişlər dərhal ödənilib, S. Sultanov isə postundan uzaqlaşdırılıb.

Vəzifəsindən uzaqlaşdırılan şöbə əməkdaşı açıqlamasında vəzifəsindən azad olunduğunu təsdiqləyib. Lakin o, öz ərizəsi ilə vəzifəsindən getdiyini deyib. “58 yaşım var. 20 ilə yaxındır, bu vəzifədə çalışırdım. Şəkərim olduğu üçün tez-tez səhhətim pisləşirdi. Ona görə də ötən gün nazirlə görüş zamanı ərizəmi verdim və işdən azad olunmağımı xahiş etdim”, – deyə Salamulla Sultanov bildirib.(Ans)

www.yenicag.az

257