!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirdən Polis Alayına tapşırıqlar

!Reklam – Yazi

Bu gün Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi strategiyasının Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb. Görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandirinin birinci müavini – Qərargah rəisi, polis polkovniki Elnur Kərimov çıxış edərək bildirib ki, ötən il Nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.

Müşavirəyə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, bu dövrdə xidməti-döyüş fəaliyyətində əldə olunmuş müsbət nətiсələrin qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib, tapşırıq və tövsiyələrini verib.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübə qazandığını deyən nazir cari ildə “2019 Formula-1 Azərbaycan Qran Pri”si, futbol üzrə UEFA Avropa Liqasının final görüşü, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçiriləcəyi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

www.yenicag.az

2399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv