Nazirdən Şeyxin işdən çıxardığı qohumunun yerinə TƏYİNAT

media-hightechnic-468x90

FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib.

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub.

O, bu təyinatadək Şamaxı şəhərində həkim kimi çalışıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu Elçin Əligülov vəzifəsindən azad edilmişdi. Onun yerinə həmin qurumun Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev müvəqqəti olaraq rəis əvəzi təyin olunmuşdu.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600