!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirin qərarını qəbul etməyən MƏKTƏBLƏR - ÖZBAŞINALIQDAN cana gələn valideynlərin ETİRAZI - FOTO

!Reklam – Yazi

Təhsil Nazirliyi bir müddət əvvəl ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac olmadığı barədə məlumat vermişdi. Amma məktəblər valideynləri iş dəftəri almağa məcbur edir.

Yenicag.az xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru, ekspert Elyar İslamoğlu məlumat verib.

Ekspert hətta bu sahənin monopoliyaya alındığını da qeyd edib.

“Hal-hazırda iş dəftərləri monopoliyaya alınaraq yalnız poçtlarda satılır.

Valideynlər poçtla məktəbin hansı əlaqəsinin olmasını başa düşməsə də, birinci yarım il üçün Azərbaycan dili və Riyaziyyat iş dəftərlərinə 10-15 manat ödəyib almaq məcburiyyətindədir. Üstəlik iş dəftərləri yenicə məktəbə başlayan şagirdlərin əlavə yüklənməsinə, daha çox yorulmasına səbəb olur”.

Elyar İslamoğlu bununla bağlı Təhdil Nazirliyinin sərt qərar verməli olduğunu vurğulayıb.

“Əgər doğrudan da ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac yoxdursa, həmin iş dəftərləri hansısa məmurun xüsusi biznesi deyilsə, o zaman Təhsil Nazirliyi səviyyəsində qadağan edilməsini, bütün məktəblərə xəbərdarlıq olunmasını valideynlər olaraq tələb edirik”.

 

www.yenicag.az

2195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv