!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazirin “taksidə qiymətlər qalxacaq” fikrinə REAKSİYA: ”Tariflər qalxsa…”

!Reklam – Yazi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin “taksidə qiymətlər birmənalı olaraq qalxacaq” ifadəsi əhali arasında narazılıqla qarşılanıb. Taksi xidmətlərindən istifadə edən sənət adamları da qiymət artımına qarşı çıxıblar.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor Reşat Kəsəmənli tariflərin dəyişdiriləcəyi xəbərinin insanlar arasında narazılıq yaratdığını bildirib.

O, əvvəlki tariflərin saxlanılmasını təklif edib:

“Bu qərar insanlar arasında ciddi narazılığa səbəb olub. Son zamanlar taksidən istifadə edənlərin sayı sürətlə artıb. Bu da qimətlərin münasib olması ilə əlaqədar idi. Amma indi yeni qərar verilsə, vəziyyət dəyişəcək. Çünki Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri taksidə qiymətlrin artması ilə bağlı danışıb.

Mən də bu xəbəri oxudum. Məncə, qiymət artımına heç bir lüzum yoxdur. Əvvəlki tariflər qalsa, çox yaxşı olar. Bunu qoruyub saxlamaq lazımdır.

Əslində qiymətlərin aşağı olması elə taksi sürücülərinə də sərf edirdi. Onlar özləri də bunu etiraf edirlər”.

Cəvahir

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv