!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi

!Reklam – Yazi

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin mayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkilinə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7 – 9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21 – 23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27 – 29 may).

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

COP29

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv