!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər Kabinetində Naxçıvanla bağlı iclas keçirildi

!Reklam – Yazi

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı Nazirlər Kabinetində iclas keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı iclas keçirilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinləri və digər məsul şəxslərin iştirak etdiyi iclasda Dövlət Proqramının 2023-cü il üzrə monitorinqinə və 2024-cü ildə yerinə yetirilmiş işlərin cari vəziyyətinə dair hesabatlar təqdim edilib, habelə Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Müzakirə zamanı Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb, icra prosesində müşahidə olunan əsas çətinliklər və onların aradan qaldırılması üçün görülməli olan tədbirlər qeyd olunub.

Müzakirənin nəticəsinə uyğun olaraq Dövlət Proqramının icrasının səmərəliyinin daha da artırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv