Nazirlər və ordu generalı toplantıda zəlzələyə yaxalandılar

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Türkiyənin Hatay şəhərində yenidən 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, Hatayda olan ölkənin müdafiə və səhiyyə nazirləri Hulusi Akarla Fəxrəddin Qoca, həmçinin ordunun baş qərargah rəisi Yaşar Gülər toplantı zamanı zəlzələyə yaxalanıblar.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzindəki toplantı sırasında baş verən zəlzələ zamanı nazirlər dərhal binanı tərk ediblər.

Bir müddət mərkəzin həyətində gözləyən nazirlər daha sonra toplantıya Mobil Koordinasiya Mərkəzində davam ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600