Nazirlərin görüşü başa çatdı - "Danışıqlar davam etdiriləcək"

media-hightechnic-468x90

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib: “Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb”.

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa