Nazirlik 10 müəssisənin fəaliyyətini dayandırdı

media-hightechnic-468x90

ktnKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən son aylarda Ədliyyə Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamaların aparılması məqsədi ilə reyestrdən çıxarışlarına əsasən Respublikanın müxtəlif bölgələrində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə keçirilən monitorinqlər nəticəsində 700 kq-dan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələrin satışı qadağan etdirilərək dövriyyədən çıxarılıb, 10 müəssisənin fəaliyyəti dayandırılıb.

Yenicag.az azadinform-a istinadən  xəbər verir ki, bu istiqamətdə Dövlət Xidməti tərəfindən reydlər davam etdirilir.
FAO-nun hesablamalarına görə dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafizə vasitələrinin təqribən 30 faizi beynəlxalq keyfiyyət standartlarına cavab vermir. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfiyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və digər amillər aşağı keyfiyyətli məhsul istehsalına gətirib çıxarır.
Bitki mühafizə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi zamanı tələb olunan əlavə şərtlər bu sahədə boşluqların aradan qaldırılmasında, fıziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fıtosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsinə şərait yaradacaqdır ki, bu da ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından olduqca vacibdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600