Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nazirlikdə yeni TƏYİNAT

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) baş çəkib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, o, institutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.

TETİ-nin alim və mütəxəssisləri ilə görüşən nazir onlara tapşırıq və tövsiyyələrini verib. O bildirib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.

Bundan sonra institutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.

www.yenicag.az

2734
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS