Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Nazirlikdən bayram tonqalı ilə bağlı XƏBƏRDARLIQ

Fövqəlaə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində tonqal qalanması zamanı təhlükəsizlik tədbirlərinin görülməsi üçün əhaliyə müraciət edib.

Yenicag.az-ın məlumatına görə, bunu nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.

Onun sözlərinə görə, bayram ərəfəsində yanğın hadisələrinin qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirləri aparır: “Bayram tonqalları yandırarkən bəziləri avtomobil şinlərindən istifadə edirlər. Bu, təhlükəlidir. Birincisi, təkər şinləri yandırılarkən havaya qalxan qara tüstü və his ekologiyaya ciddi ziyan vurur. Bu, bizim sağlamlığımıza da ziyandır. Digər tərəfdən, həmin şinlər tonqal kimi yandırılarkən qara tüstü və his həmin tonqalın ətrafında dayanan insanların üzərinə çökür. Ən əsası isə həmin an hər hansısa bir yanğın hadisəsi baş verərsə, onun qarşısını almaq çətin olur. Məsləhət görürük ki, şinlərdən qəti istifadə olunmasın. Ona görə də tövsiyə edirik ki, Novruz şənliyi zamanı tonqal qalamaq üçün odun və taxta parçalarından istifadə olunsun”.

E. Babayev bildirib ki, bayram tonqalı qalanmazdan əvvəl təhlükəsiz yer müəyyən edilməlidir: “Tonqal ev və obyektlərə yaxın olmamalıdır, avtomobil və digər nəqliyyat vasitələrindən kənarda qalanmalıdır. Yaxşı olar ki, orada yanğınsöndürmə balonu saxlanılsın. Əgər balon yoxdursa, tonqalın yanında su saxlanılması vacibdir”.

www.yenicag.az

3398