Nazirlikdən restoranlara xəbərdarlıq: 14 aprel tarixindən...

media-hightechnic-468x90
Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Yenicag.az-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 14 aprel tarixindən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
“Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər”.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa