Nəbatat Bağında “Birlikdə tikək” aksiyası keçirilib

media-hightechnic-468x90

img1326010Oktyabrın 11-də Mərkəzi Nəbatat Bağında “Bakubuild” sərgisinin 20-ci ildönümünə həsr olunmuş “Birlikdə tikək” aksiyası keçirilib.

Sərginin təşkilatçısı, “İteca Caspian” şirkətinin təmsilçisi Samirə Teymurova aksiya ilə bağlı məlumat verdi. Bildirdi ki, sərgi çərçivəsində təşkil olunan tədbirə inşaat sektorunda çalışan bir sıra yerli və xarici şirkətlərin nümayəndələri qatılıblar.

Sonra aksiya iştirakçısı olan şirkət nümayəndələri loqolarını və firma nişanlarını hazırladıqları oturacaqlar və stullar üzərinə həkk etdilər. Həmçinin zövqlə düzəldilmiş rəngbərəng quş yuvaları bağın müxtəlif yerlərindən asıldı.

“Birlikdə tikək” aksiyası mərasim iştirakçıları və bağda istirahət edən şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandı. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600