Neçə avtobusda nağdsız ödəniş sistemi var?

media-hightechnic-468x90

Ötən il Bakı şəhəri üzrə daşınan 476 milyon sərnişin üzrə ödənişlərin 77,5 faizi nağdsız qaydada olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Anar Rzayevin sözlərinə görə, 2023-cü illə müqayisədə nağdsız ödəniş 17 faiz artıb.

“Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2022-ci ildə təxminən 1000 ədəd, 2023-cü ildə 1400 ədəd olduğu halda hazırda bu göstərici təxminən 2000 ədədə çatdırılıb. Bakı şəhəri üzrə 2024-cü ildə 2023-cü illə müqayisədə 28 milyon çox sərnişin daşınıb”, – deyə AYNA sədri əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05