Neft bahalaşacaq? – Tramp Rusiyaya vaxt qoydu, Avropa TƏŞVİŞDƏ

media-hightechnic-468x90

“Rusiyaya ağır sanksiyalar tətbiq olunsa, neftin qiymətində sıçrayış olacaq”.

Bu sözləri ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi 50 günlük vaxtı azaltmasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

O, bildirib ki, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq olunacaq:

“Faktiki olaraq Ukrayna danışıqlarında imitasiya edir. Bununla əlaqədar Avropa dövlətləri Trampa təsir etməyə çalışırlar. Tramp hazırda Şotlandiyadakı malikanəsindədir və Avropa dövlətlərinin liderləri onunla görüşəcəklər. ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini yeniləmək istəyir. Ukraynaya 3 “Patriot” sistemi verilir. Onun birini Norveç, digər ikisinin pulunu isə Almaniya verəcək”.

Y. Bağırzadənin fikrincə, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq olunacaq:

“Yay aylarıdır. Öncədən Rusiya tərəfi anons vermişdi ki, 700-750 minlik qoşun hazırlanır. Ukraynanın ərazilərinin böyük hissəsi isə bataqlıqdır. Yay aylarından istifadə edərək ruslar irəliləmək istəyir, amma Rusiya danışıqlarda ağır şərtlər qoyur. Türkiyə variantı da ortadadır. Türkiyə vasitəsi ilə təzyiq etmək variantı Trampın öz variantıdır. Türkiyə tərəfi bəyanat verdi ki, görüşün təşkil edilməsi vacibdir. Rusiyanın iki variantı var, ya danışığa getməlidir, atəşkəs olmalıdır, ya da Rusiya ağır sanksiyalar altında yaşamalıdır. Bu sanksiyalar çox ciddi olacaq. Onun altından çıxmaq çox çətin olacaq. Burada bir məsələ də var ki, əgər sanksiya tətbiq olunsa, neftin qiymətində sıçrayış olacaq. Əsas məsələ budur ki, ABŞ buna gedəcək? Çünki Trampın əsas məqsədlərindən biri neftin qiymətini aşağı salmaqdır”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600