Neft meydançasında ölən şəxsin meyiti tapılıb

media-hightechnic-468x90

img1669289Neft meydançasında baş verən qəza nəticəsində itkin düşən şəxsin meyiti tapılıb.

media-banner_tkm

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən  verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin N.Nərinmanov adına Neft Qazçıxarma İdarəsinin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09.00 radələrində ARDNŞ-nin və Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Məlumatda həmçinin qeyd olunur ki, hadisə zamanı xəsarət alan digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və onların hamısı evə buraxılıb. (apa.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05