Neftçalada əlilliyi olan şəxslər və şəhid ailələri üçün 20 mənzil alınacaq

media-hightechnic-468x90

Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müsabiqə elan edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 2026/AT/00550/V1 nömrəli müsabiqə 12 fevral 2026-cı il tarixində dərc olunub.

Layihə həssas kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Satınalma 95122100 – “Yaşayış binaları və tikililəri” təsnifat kodu üzrə həyata keçiriləcək və ehtimal olunan qiymət 1 milyon 980 min manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 16 mart 2026-cı il, saat 17:00-dək müəyyənləşdirilib; zərflərin açılışı da elə həmin vaxt baş tutacaq.

Müsabiqənin şərtlərinə əsasən, Neftçala rayonunda yerləşən və qoşma cədvələ uyğun tələblərə cavab verən üçotaqlı mənzillər satın alınacaq. Layihə dövlətin sosial müdafiə tədbirləri çərçivəsində icra olunur və mənzilə ehtiyacı olan əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də şəhid ailələrinin sosial rifahının artırılmasına xidmət edir.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05