!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftçalalılar təkcə millət vəkili yox, həm də özlərinə arxa-dayaq seçdilər” - Məlahət Qurbanovanın Tənzilə Rüstəmxanlıya TƏBRİKİ

!Reklam – Yazi

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri, tanınmış hüquq müdafiəçisi Məlahət Qurbanova 70 saylı Neftçala seçki dairəsindən səsçoxluğu ilə qələbə qazanan Tənzilə Rüstəmxanlını təbrik edib.

Məlahət Qurbanova bunu Yenicag.az-a açıqlamasında ürək sözlərini ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb: “Əziz bacım, sədaqətli dostum, dövlətimizə, dövlətçiliyimizə sadiq vətən, xalq sevdalısı Tənzilə Rüstəmxanlı, seçiçilərinlə görüşdə belə bir ifadə işlətmişdin: “Seçiləcəyim təqdirdə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəmlə çalışacağam”. O zaman istər-istəməz ətrafımda olan izdihama nəzər saldım və sevə-sevə görüşünə gələn insanların gözündə sonsuz inam, eyni zamanda bir ümid işığı, atəşdolu sevgi, məhəbbət gördüm. Çox təsirləndim və ölməz Mikayıl Müşfiqin bu məşhur misrasını xatırladım: “Gözdən yaş çıxarmı, ürək yanmasa”. Bu sonsuz sevgini, bu inamı heç bir qüvvə sarsıda bilmədi. O insanlar bu ümid işığına tutunub sənin ardınca getdilər, sənə güvənib, sənə bel bağlayıb, səni özlərinə millət vəkili seçdilər.

Təkcə millət vəkili yox, həm də kürəklərini söykəməyə, problemlərini söyləməyə bir arxa-dayaq, dərdlərini bölüşməyə sirdaş seçdilər. Dostluqda çox sadiq, etibarlı və hər bir situasiyada insanlara arxa-dayaq duran, onların problemlərini öz problemi kimi qəbul edib, həll etmək üçün əzm göstərən mərd bir bir xanım olduğunu bildiyim üçün inanırdım ki, belə də olacaq.

Əminliklə deyirəm və sözümün də üstündə dururam, bu günə qədər Azərbaycan xalqının haqq səsini beynəlxalq tribunalarda çəkinmədən, cəsarətlə ucaltdığın kimi, Neftçala əhalisinin problemlərini də dövlət qurumları qarşısında məhz eyni qətiyyətlə qaldıracaq, Milli Məclisldə neftçalalıların səsi olacaqsan. Sadəliyin, mehribanlığınla seçilirsən, bunu səni tanıyanlar da gözəl bilir. Seçicilərin də gözəl bilir ki, onlar üçün hər zaman əlçatan olacaqsan və hər bir problemində onların yanında olacaqsan.

Bir sözlə Neftçala camaatı sənin timsalında sözü ilə əməlləri üst-üstə düşən, mərd, vüqarlı, alicənab, xeyirxah, kübar, qayğıkeş, dövlətini və xalqını cani-dildən sevən bir millət vəkili qazandı. Sən hər bir neftçalalıya can yandıran, qayğısına qalan əməlləri ilə seçilən bir millət vəkili olacaqsan. Sənə bu çətin, şərəfli yolda uğurlar arzulayıram!”.

Cəvahir

COP29

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv