!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçalanın "Robinzon Kruzo"su vəfat etdi

!Reklam – Yazi

Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs – Vitali Pronin dünyasını dəyişib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürdili adasında baş verib.

Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.

Qeyd edək ki, ötən əsrin 80-ci illərinə kimi Kürdili adası rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi.

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv