Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə cəmi bir görüş keçirilib. Günün yeganə matçı Qəbələdə oynanılıb. Bu bölgənin eyniadlı təmsilçisi “Neftçi”ni sınağa çəkib.
Roman Qriqorçukun çalışdırdığı komanda liderlərdən geri qalmamaq üçün ev oyununda mütləq 3 xal qazanmalıydı. Ötən tur yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altındakı ilk oyununda da uduzan “Neftçi” isə hələ ki, qələbə qazana bilməyib.
Elə bu oyunda da sürpriz qeydə alınmayıb. “Qəbələ” rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib.
Azərbaycan Premyer Liqası
6-cı tur
24 sentyabr
“Qəbələ” – “Neftçi” 2:1
Qol: S.J.Monroz, 4. B.Dabo, 40. N.Ələsgərov, 49.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 12. Endi Hallidey, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 7. Alen Akserov, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 7. Namiq Ələsgərov, 9. Uqo Barqas, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 25. Kiril Petrov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Mateo Mujek, 8. Emin Mahmudov, 12. Daniel Seqoviya, 16. Pavel Dreksa, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 21. Məhəmməd Mirzəbəyov, 97. Elnur Cəfərov.
Baş məşqçi: Tərlan Əhmədov.
Xatırladaq ki, bu turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Qarabağ” – “Sumqayıt” – 4:1
“Zirə” – “İnter” – 1:1
“Səbail” – “Kəpəz” – 1:0
www.yenicag.az