!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” yeni baş məşqçisini rəsmən - Açıqladı

!Reklam – Yazi

“Neftçi” futbol klubunun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar Ümumi yığıncağı keçirilib.

Yenicag.az-ın verdiyi məlumata görə, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb. Nəticədə italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, yeni baş məşqçi 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirən Roberto Bordin elə həmin il məşqçiliyə başlayıb. İtaliyanın “Bolonya” (2005-2006), “Padova” (2006-2007), “Ellas Verona” (2007, 2010-2015), “Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın “Triestina” (2016) və Moldovanın “Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb. O, aprelin 24-də ailə vəziyyəti ilə əlaqədar “Şerif”dən istefa verib.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016 – 2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.

www.yenicag.az

3676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv