“Neftçi”nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

media-hightechnic-468x90

Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibi bəlli olub.

“Ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”una uduzsa, AL-in III raundunda “Malmö” (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqası
III təsnifat mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün məğlubu – “Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün məğlubu

“Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu – “Ferentsvaroş” / “Jalgiris” (Litva) cütünün məğlubu

“Kayrat” (Qazaxıstan) / “Srvena Zvezda” (Serbiya) cütünün məğlubu – “Alaşkert” (Ermənistan) / “Şerif” (Moldova) cütünün məğlubu

“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün məğlubu – “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün məğlubu – “Malmö” (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu

Qeyd edək ki, bu mərhələnin matçları 5 – 12 avqustda oynanılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600