"Neftçi"nin futbolçusu "Sabah"da - Transfer

media-hightechnic-468x90

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə qatıb.

media-banner_tuq

Yenicag.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü “Neftçi”də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Oyunçu karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.

Xatırladaq ki, Məhəmməd Mirzəbəyov “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq “Neftçi”də çıxış edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05