!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nefti bahalaşdıran amillər, yüksəlişə nələr mane ola bilər? – TƏHLİL

!Reklam – Yazi

Son günlər neft qiymətləri 80 dollar həndəvərində qərarlaşıb. Qiymətlərdəki ani yüksəliş bu prosesin nə qədər müddət davam edəcəyi və artımın qarşısını hansı amillərin ala biləcəyinə dair müzakirələri də gündəmə gətirib.

Öncəliklə qiymətlərin yüksəlməsinə hansı amillərin təsir etdiyinə nəzər salaq:

İlk olaraq ABŞ pezidenti Donald Trampın İrana qarşı sanksiyaları yenidən gündəmə gətirməsi enerji bazarını silkələdi. Əslində İran beynəlxalq neft bazarında böyük oyunçu deyil. Sanksiayalardan yenicə çıxan bu İslam respublikası neft ehtiyatlarının azalmasında da böyük addımlar atmayıb. Bu ölkənin bazara çıxışının bağlanmasına görə qiymətlərdə əsaslı dəyişiklik olacağını düşünmək də əbəs olardı. Lakin İran OPEC üzvüdür. Ona qarşı hər hansı sanksiyanın tətbiq edilməsi treyderləri narahat edir. Odur ki, bazarda yaranan ajiotaj qiymətlərə öz təsirini göstərməyə bilməzdi.

Trampın açıqlamalarından sonra İranla əməkdaşlıq edən ölkələrin və şirkətlərin sanksiyalara tabe olub-olmayacağı da hələ ki bəlli deyil. Lakin bu sanksiyaların hansı nəticələr doğuracağı qeyri-müəyyən olaraq qalır ki, bu da neft qiymətlərindəki sıçrayışa səbəb olur.

Venesuelada neft sənayesinin çökməsi neft qiymətlərinin yüksəlməsində bir digər önəmli amildir. OPEC üzvü olan Venesuelada həm siyasi, həm də iqtisadi müstəvidə gərginlik hökm sürür ki, bu da neft treyderlərinin diqqətindən yayınmır.

OPEC və kartelə daxil olmayan bir qrup ölkənin neft hasilatının azaltmaq barədə razılığa gəlməsi neft qiymətlərinə müsbət təsirini göstərməyə davam edir. Bazarda enerji ehtiyatları azalır, tələb-təklif balansı normaya düşür və nəticə etibarilə qiymətlər yüksəlir. Sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılmasdı da bazara müsbət təsirini göstərir.

Qiymətlərə mənfi təsir edə biləcək amillər:

Artan neft qiymətlərini dayandıracaq, ya da ən azından ləngidəcək bəzi nüanslar var. Meksikanın illik valyuta risklərindən qorunma (hedging) prosesi bunlardan biridir. Bu proses bazar dalğalanmasını artıra və neft qiymətlərində kəskin şəkildə azalmalara səbəb ola bilər.

Artan neft qiymətlərinin qarşısını ala biləcək amillərin başında ABŞ-da şist neft istehsalçıları gəlir. Şübhəsizdir ki, qiymətlərin yüksəlməsi şist istehsalçılarının hasilatı artırması üçün stimul rolunu oynayacaq. Şist neft sahələrindəki infrastruktur və işçilərin ixtisar edilməsi, bəzi istehsalçıların nefti daha ucuz qiymətə satmasına səbəb olur. ütün bunlara baxmayaraq neftin qiyməti 3,5 illik maksimal həddə yüksəlib./oilgas.az/

COP29

www.yenicag.az

1734
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv