“2019-2020-ci illərdə neft təlabatı çox böyük olacaq, “qara qızıl” isə 70-80 dollara satılacaq”.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, bunu Küveyt milli neft şirkətinin rəhbəri Nizar əl-Adsani bildirib. Onun sözlərinə görə, bu artım neft-qaz sahəsinə yatırılan investisiyaların azalmasıyla əlaqədardır.
“Neftin qiymətini bir daha 100 dollar/barel həddində görməyəcəyimiz aydındır. Lakin hələ ki neftin bir barelinin 50-60 dollara satılması hamını qane edir”, -deyə əl-Adsani bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu il neftin orta qiymətinin 60 dollar/barel olması gözlənilirdi. Bu qiymət isə IEA (54$) və Citigroup (65$) proqnozlarından çox da uzaq deyil.
Yeniçağ.Az