Nəqliyyat müfəttişlərinin bu hərəkətindən sürücünün halını pisləşdi-Video

media-hightechnic-468x90

93995_res_01Nəqliyyat Departamentinin işçiləri metronun “20 Yanvar” stansiyası yaxınlığında 85 BX 774 nömrələri “Ford” markalı mikroavtobusun qarşısını kəsib və sürücünü zorla aşağı düşürüblər.

İnteraz-a bir az əvvəl daxil olan görüntülərdən məlum olur ki, bu zaman sürücünün halı pisləşib və o, yerə yıxılıb.

Ətrafdakı vətəndaşlar buna öz narazılığını bildiriblər. Amma bu azmış kimi nəqliyyat müfəttişləri görüntüləri lentə alan vətəndaşlara qarşı da kobud rəftar edərək, əllərindəki mobil telefonları alıb görüntüləri silməsini tələb ediblər. Vətəndaşlar bir neçə mobil telefonun sındırıldığını da bildiriblər. Hadisənin görüntülərini oxuculara təqdim edirik:

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600